Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub

Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, qadağa sözügedən deputatların Avstraliyada anti-Rusiya gündəm formalaşdırmaları ilə bağlıdır. Belə ki, onların Rusiya ərazisində girişi müddətsiz olaraq qadağan edilib.
Rəsmi Kanberra anti-Rusiya kursundan imtina etməyəcəyi və ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Moskvanın qadağa siyahısı üzərində işləməyə davam edəcəyi bildirilib.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: