Almaniya Ukraynaya daha bir "Patriot" sistemi göndərəcək

Almaniya tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək.
Bu barədə Almaniyanın Müdafiə Nazirliyi bildirib.
"Biz öz döyüş hazırlığımızı nəzərə alaraq Ukraynaya imkanımız daxilində dəstək veririk", deyə Müdafiə naziri Boris Pistorius bildirib.
Nazir qeyd edib ki, o, mümkün qədər tez Ukrayna üçün nəzərdə tutulan sistemi əvəz edəcək yeni sistem əldə etmək üçün əvvəlcədən tədbir görüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İş adamından Gəncə Apellyasiya Məhkəməsinin hakiminə etiraz – “Afiq Hüseynzadə banklara xidmət edir”