Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb, ölənlər var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: