qanunedalet.com.az
http://qanunedalet.com.az

Fransada müəllimlər tətil və nümayişlərə başlayır

2-04-2024, 14:50

Fransada müəllimlər tətil və nümayişlərə başlayır

Fransada kollec və liseylər üzrə ilk həmkarlar ittifaqı (Snes-FSU) müəllimləri yenidən tətilə çağırıb.

Trend xəbər verir ki, Snes –FSU orta və ali məktəblərin müəllimlərini səfərbər olmağa səsləyib.

Bundan sonra Snep-FSU, SUD Education, CGT Educ'action və FNEC-FP FO kimi bir neçə həmkarlar ittifaqları da tətil və nümayiş çağırışına qoşulublar. Tətilçilər dövlət məktəblərdə səviyyə qruplarının ləğvini, məktəblərə daha çox resurs ayrılmasını tələb edirlər. Müəllimlər, həmçinin lüzumsuz islahatların ləğv olunmasını, maaşlarının artırılmasını istəyirlər.


Paris bölgəsindəki Seine-Saint-Denis departamentində “səviyyə qruplarının” yaradılmasına qarşı çıxan müəllim heyətinin təhsil üçün fövqəladə plan tələbi diqqət mərkəzində olacaq. Ötən həftənin sonunda milli təhsil naziri həmin departamentin 12 deputatından 9-nu qəbul edib. Deputatlar bildiriblər ki, nazir müəllimlərin etiraz hərəkatının miqyasını düzgün qiymətləndirmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930