Ermənistan bankları Rusiyanın "Mir" ödəniş sistemindən imtina edib

Ermənistanın Respublika Banklar İttifaqı ölkədəki bankların Rusiyanın "Mir" ödəniş sistemindən imtina etməsini təsdiqləyib.
Bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Qeyd olunub ki, Ermənistan bankları ikinci dərəcəli sanksiyalar riski ilə əlaqədar olaraq bu qərara gəlib.
Bu risklər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "Mir" ödəniş sisteminə qarşı sanksiyalar elan etdikdən sonra yaranıb.
Qeyd edək ki, Rusiya KİV-ləri Ermənistanda bankların əksəriyyətinin martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının qəbulunu dayandırması barədə məlumat yaymışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev