qanunedalet.com.az
http://qanunedalet.com.az

İrana daxil olmaq istəyən terrorçuların qarşısı alınıb – Sərhəd Qoşunları komandanı

9-03-2024, 16:57

İrana daxil olmaq istəyən terrorçuların qarşısı alınıb – Sərhəd Qoşunları komandanı

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayəti ərazisindən ölkəyə daxil olmaq və ölkədə terror aktı törətmək istəyən terrorçuların qarşısı alınıb.
Bunu İranın Sərhəd Qoşunları komandanı Əhmədəli Qudərzi deyib.

Ə.Qudərzinin sözlərinə görə, ölkəyə daxil olmağa çalışan terrorçularla iranlı sərhədçilər arasında silahlı insident baş verib. İnsident nəticəsində bir neçə yaralı ilə terrorçular qonşu ölkəyə (Əfqanıstan) qaçıblar.
Qudərzi əlavə edib ki, əməliyyat nəticəsində terrorçular çoxlu miqdarda silah-sursat və partlayıcı maddələri qoyub qaçıblar.

Qeyd edək ki, 14 fevralda İranda terror aktı nəticəsində ölkənin cənubunda magistral qaz boru xətti partladılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930