Paşinyan Misir prezidenti ilə görüşüb: regional məsələlər müzakirə edilib
Ermənistan baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Qahirədə keçirilən danışıqlardan sonra Əbdülfəttah əs-Sisi Cənubi Qafqazda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini, sülh prosesini dəstəklədiyini bildirib.
Bundan başqa, tərəflər siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olaraq ticarət həcmini artırmağa, o cümlədən süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla, yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını bəyan ediblər.