qanunedalet.com.az
http://qanunedalet.com.az

Ürək çatışmazlığını aşkar etmək üçün mobil proqram yaradıldı

15-11-2023, 16:23

Ürək çatışmazlığını aşkar etmək üçün mobil proqram yaradıldı

Ohayo Dövlət Universitetinin tədqiqatçıları ürək çatışmazlığını aşkar edən "HearO" adlı mobil proqram yaradıblar.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Ürək çatışmazlığı ürək əzələsinin lazımi miqdarda qan və oksigeni orqan və toxumalara çatdıra bilməməsidir. Bu vəziyyətə hipertoniya, infarkt və ya ürək qüsurlarının olması səbəb ola bilər. Ürək çatışmazlığını aşkar etmək çətindir.

Süni intellektlə işləyən "HearO" tətbiqi istifadəçilərin səslərində ürək çatışmazlığının əlaməti olan kardiogen ağciyər ödemini göstərə bilən incə dəyişiklikləri aşkar edir.

Ağciyərlərin birləşdirici toxumasında mayenin yığılması tənəffüsün zəifləməsinə və səs tellərinin şişməsinə səbəb olur.

Süni intellekt sistemi proqnoz alqoritmini hazırlamaq üçün 250 mindən çox səs yazısını təhlil edib.

Tətbiq artıq ürək çatışmazlığı olan 416 könüllü üzərində sınaqdan keçirilib.

Proqram insan xəstəxanaya yerləşdirmədən əvvəl bu vəziyyətin simptomlarının kəskinləşməsi hallarının təxminən 76%-ni müəyyən edib.

Alimlər ümid edirlər ki, tətbiq ilkin diaqnostika üsulu kimi geniş yayılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728