qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiyadan işçi miqrantlarla bağlı daha bir tələb

21-07-2025, 20:57

rusiyadan-isci-miqrantlarla-bagli-daha-bir-teleb


Rusiya işçi miqrantlarla bağlı qanunu sərtləşdirib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi qanun layihələrinə dəyişiklik edib. Yeni dəyişikliklə sürücü, satıcı və tibb işçisi vəzifələrinə qəbul edilən miqrantlar rus dilini və Rusiya tarixini bilmək üçün imtahan vermək tələbindən azad edilməyəcək.

Bu barədə Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov Dövlət Dumasının Əmək komitəsinin iclasında bildirib.

Beləliklə, Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqə və ünsiyyət qura bilməyən peşə sahibləri üçün işəgötürənlərin müraciətlərini kvotalara daxil etmək mümkün olmayacaq.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Əmək və Sosial Müdafiə Nazirliyini Rusiyaya kvota əsasında dəvət olunan miqrant peşələrinin siyahısına diqqətlə baxmağı təklif edib.

“Niyə dili bilməyənləri siyahıya salmağı təklif edirsiniz? Sürücülər, satıcılar ünsiyyət qurmalıdırlar, dil bilməlidirlər, qanunları bilməlidirlər”, - deyə Volodin bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930