qanunedalet.com.az
http://qanunedalet.com.az

Ölkədəki seçicilərin sayı açıqlandı

Dünən, 19:41

olkedeki-secicilerin-sayi-aciqlandi

Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov məlumat verilib.

MSK sədri bildirib ki, ölkə üzrə 6 milyon 302 min 93 nəfər seçici var. Seçicilərin 52,43%-i qadın, 47,57%-i kişidir:

“28390 nəfər seçicimiz bu il səsvermə hüququ qazanıb. Ən çox seçicimiz olan yaş qrupu 30-40 yaş arasıdır. Bundan sonra ən çox seçicimiz 40-50 yaş arası seçicilərdir”.

Eyni zamanda bildirilib ki, 398 899 nəfər qaçqın və məcburi köçkün seçici var.

Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verməlidir. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031