qanunedalet.com.az
http://qanunedalet.com.az

Vilayət Eyvazov onlara təşəkkür etdi

17-10-2024, 20:45

vilayet-eyvazov-onlara-tesekkur-etdi


Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29-la əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
İclasda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri, bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031