qanunedalet.com.az
http://qanunedalet.com.az

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatdı

12-08-2024, 20:25

pese-tehsili-muessiselerine-telebe-qebulu-basa-catdi


12 avqust saat 18:00-dan etibarən 2024/2025-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 29 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, www.portal.edu.az platformasındakı “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust- 3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031