Hafiz Kərimov : İstədiyimizə nail olduq

ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov - Prezident İlham Əliyev 20 il əvvəl xalqa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə söz verdi və bu müqəddəs amal uğrunda yorulmadan çalışdı. Prezidentimiz xalqımızı da ruhdan düşməyə qoymadı və hər kəsi inandırdı ki, biz nəyin bahasına olursa olsun torpaqlarımızı qaytaracağıq. Prezident İlham Əliyev 20 il ərzində xalqımızın tarixinə yeni şanlı səhifələr yazdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük Qələbəyə imza atdı. Xankəndində müqəddəs bayrağımızı qaldıran Prezidentimiz Azərbaycanın bütövlüyünü və suverenliyini özünə qaytardı.
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətli inkişaf mərhələsinə keçib. İqtisadiyyatımız 4 dəfədən çox artıb. İqtisadi gücümüz artdıqca ordu quruculuğu istiqamətində də böyük işlər görüldü. Prezident İlham Əliyev güclü Azərbaycan Ordusu yaratdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından sayılır. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuz 2020-ci ildə cəmi 44 günə torpaqlarımızı işğaldan tam azad etdi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri uğurla başa çatdırıldı. Bununla da Azərbaycan suverenliyini bərpa etdi.
Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək xalqımızın qürur və ləyaqətini özünə qaytardı. Artıq biz qalib dövlət, qürurlu xalqıq. Bu gün Azərbaycan bütövdür və ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycanı güclü, qüdrətli, dünyada böyük nüfuza və söz sahibinə malik bir dövlətə çevirdi. Heç bir dövlət, qüvvə bizimlə zorla, təhdidlə danışa bilməz. Bir vaxtlar Xankəndində özlərini "prezident", "baş nazir" adlandıran, Azərbaycana hədə qorxu gələnlər artıq Bakıda təcridxanada öz layiqli cəzalarını gözləyirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: