qanunedalet.com.az
http://qanunedalet.com.az

Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, təcrübəli meliorator İsmayıl Əvəzov vəzifəsini şərəflə yerinə yetirir.

13-02-2025, 20:04

Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Söhbət Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisitəcrübəli meliorator İsmayıl Əvəzovdan gedir .  İsmayıl müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur   İsmayıl Əvəzov Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən  İsmayıl  müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.Hər kəsə bəllidir ki,  İsmayıl Əvəzov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə  əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir.  İsmayıl Əvəzov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir .  İsmayıl Əvəzov özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O,  Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər - vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Əminik ki, hələ uzun illər  İsmayıl Əvəzov  bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadiyatının yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

Qanunedalet.com.az xəbər portalının kollektivi adından  Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi  İsmayıl Əvəzovu və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Baş redaktor 

Kəmalə Eldarlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728