Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində baş verib.
Belə ki, “Niva” markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın təfərrüatları araşdırılır.
Yunis Quliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: