qanunedalet.com.az
http://qanunedalet.com.az

Hacıqabulda maşın aşdı - Xəsarət alanlar var

19-03-2026, 22:55

haciqabulda-masin-asdi


Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində olub.

Belə ki, “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər - M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (1-i kişi, 2-si qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, - deyə əlavə edilib.

Yunis Quliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930