qanunedalet.com.az
http://qanunedalet.com.az

Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı

Dünən, 18:16

meclisden-eve-qayidarken-qezaya-dusubler


Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub.

Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibətilə məclis təşkil ediblər.

Qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.

Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin Vətən müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930