qanunedalet.com.az
http://qanunedalet.com.az

Lisey və gimnaziyalara sənəd qəbulu başladı!

Dünən, 19:04

lisey-ve-gimnaziyalara-sened-qebulu-basladi

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930