Ermənistan ordusunun hərbçiləri qəzaya düşdü - Ölən və yaralananlar var

Ermənistan ordusunun hərbçiləri qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Shamshyan.com məlumat yayıb.
Bildirilir ki, Marqara-Vanadzor avtomobil yolunda “Nissan” və “QAZ-24” markalı avtomobillər toqquşub.
Nəticədə bir erməni əsgəri ölüb, daha üç hərbçi və eyni sayda mülki şəxs yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: