İranda neftayırma zavodunda partlayış - Ölən və yaralananlar var

Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Aftab Neftayırma Şirkətinə məxsus zavodda partlayış baş verib.
Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Partlayış Aftab Neftayırma Şirkətinə məxsus zavodun təmir edilməkdə olan sobalarından birində qeydə alınıb.
Sobanın partlaması nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. İşçilər hündürlükdən yıxılma nəticəsində xəsarət alıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: