qanunedalet.com.az
http://qanunedalet.com.az

Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

8-03-2024, 18:40

Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

Sabahdan ölkə ərazisində yağış intensivləşəcək, güclü külək əsəcək.

Bu barədə  Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-u axşamdan 11-i səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Həmçinin martın 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728