qanunedalet.com.az
http://qanunedalet.com.az

Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət

31-07-2026, 18:14

bir-sutkaya-50-min-miqrant

Məlum olduğu kimi, son sutka ərzində 50 minə yaxın qeyri-qanuni miqrant Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə daxil olub. Miqrantlar həm quru, həm də dəniz yolu ilə hərəkət ediblər.

“Qafqazinfo” xəbər verir ki, hökumət böhran vəziyyəti üzərində nəzarəti təmin etmək üçün Seutaya əlavə hərbçilər və polis dəstələri göndərib.

Seutaya səfər edən İspaniyanın Baş naziri Pedro Sançes kütləvi miqrant axınını ölkəsinə qarşı “hücum və ərazi bütövlüyünün pozulması” adlandırıb. O, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hökumət tərəfindən bütün dövlət resurslarının səfərbər ediləcəyini bildirib.

İtaliya və Finlandiya kimi Avropa ölkələri isə İspaniya ilə Şengen sazişinin qüvvəsini müvəqqəti dayandırmağa çağırıblar. Finlandiyanın daxili işlər naziri Mari Rantanin Madridi Şengen zonasının xarici sərhədinin etibarlı müdafiəsini təmin edə bilməməkdə və miqrasiya böhranına səbəb olmaqda ittiham edib.

Xarici mediada və sosial şəbəkələrdə Seutadakı son vəziyyəti əks etdirən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930