qanunedalet.com.az
http://qanunedalet.com.az

İsveçdə 20 futbolçu itkin düşdü

Dünən, 21:26

isvecde-20-futbolcu-itkin-dusdu

İsveçin Höteborq şəhərində keçirilən “Gothia Cup” futbol turnirində iştirak edən Efiopiyadan olan təxminən 20 nəfərlik nümayəndə heyəti yoxa çıxıb.

“Qafqazinfo” “Sweden Herald” nəşrinə istinadən xəbər verir ki, polis itkin düşənlərin 14-17 yaş arası yeniyetmə oğlanlar, eləcə də bir və ya bir neçə komanda rəhbəri olduğunu bildirib.

“Göteborgs-Posten” yazır ki, builki “Gothia Cup” turnirinin sonuncu günündə məktəb inzibatçısı orada məskunlaşan Efiopiya komandasının xəbər vermədən ərazini tərk etdiyini müəyyən edib.

Turnir təşkilatçıları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər və polis itkin düşmə haqqında axtarış elanı verib. Şəhər polisi hazırda həmin şəxslərin Efiopiyaya qayıtmadığını və hadisənin könüllü olaraq aradan çıxmaq (sığınacaq almaq məqsədilə) kimi göründüyünü bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031