qanunedalet.com.az
http://qanunedalet.com.az

DYP sürücülərə müraciət etdi

7-12-2023, 13:24

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edildiyini bildirərək sürücləri daha məsuliyyətli olmağa çağırıb.
Məlumatda dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülərin belə havalarda daha diqqətli olması, sürət həddini hava şəraitinə uyğun seçməsi, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olması, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməsi bildirilib.
Eyni zamanda vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031