qanunedalet.com.az
http://qanunedalet.com.az

DYP bu sürücülərə xəbərdarlıq etdi

10-11-2023, 12:04

DYP bu sürücülərə xəbərdarlıq etdi

Baş DYP İdarəsi yük avtomobilləri sürücülərinə xəbərdarlıq edib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30