qanunedalet.com.az
http://qanunedalet.com.az

İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi

3-09-2026, 18:43

iran-bee-ve-kuveytdeki-abs-bazalarina-zerbe-endirdi

İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdəki ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam Respublikasının hərbi dairələrinə istinadən IRNA məlumat yayıb.

“Bu səhər İran İslam Respublikasının Silahlı Qüvvələri Küveytdəki Əhməd əl-Cabir bazasında yerləşən Amerika qüvvələrinə məxsus peyk rabitəsi sistemlərinə, avadanlıq anbarlarına və qırıcı təyyarə aerodromlarına raket və PUA-larla zərbələr endirib”.

Bildirilir ki, həmin hücumlar nəticəsində rabitə sistemlərinə və aerodromlara ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031