qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı

Dünən, 20:21

rusiya-jitomire-zerbe-endirdi

Rusiya ordusu Jitomir şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

“Qafqazinfo” “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, hücum zamanı Milli Polisin Jitomir vilayəti üzrə Baş İdarəsinin binası vurulub.

Hadisə nəticəsində 2 hüquq-mühafizə əməkdaşı həlak olub. Jitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, Rusiya ordusu şəhərə reaktiv dronlarla hücum edib.

Milli Polisin rəhbər əvəzi Maksim Tsutskiridze isə zərbə nəticəsində ən azı 20 nəfərin yaralandığını bildirib:

“Bu zərbə iki polisin həyatına son qoydu. Ən azı 20 nəfər xəsarət alıb. İşğalçılar hücum zamanı “Banderol” tipli pilotsuz uçuş aparatlarından istifadə ediblər”.

Qeyd edək ki, zərbə nəticəsində polisin inzibati binasının dam örtüyü və dördüncü mərtəbəsində yanğın baş verib. Hadisə yerində Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin xilasediciləri, təcili tibbi yardım briqadaları və bütün aidiyyəti xüsusi xidmət orqanları çalışır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31