qanunedalet.com.az
http://qanunedalet.com.az

Trampın həmin təklifini rədd etdilər

16-03-2026, 18:42

trampin-hemin-teklifini-redd-etdiler

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına hərbi gəmilər göndərmək çağırışını rədd edərək, İranla münaqişənin Almaniyanın müharibəsi olmadığını qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini DPA xəbər agentliyi yayıb.

“Bu, bizim müharibəmiz deyil, biz başlamamışıq. Biz diplomatik həll yolları istəyirik, lakin regionda hərbi gəmilərin sayının artırılması çətin ki, buna kömək etsin”, - müdafiə naziri bildirib.

Pistoriusun fikrincə, ABŞ və İsrail özləri hərbi münaqişənin “yolunu seçiblər”, Almaniya isə mülayim tənqidlər səsləndirib. Nazir əlavə edib ki, növbəti addım Almaniyanı münaqişəyə cəlb etmək riski daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031