qanunedalet.com.az
http://qanunedalet.com.az

Hörmüz boğazına hərbi gəmilər göndərmək istəmir

Dünən, 18:48

hormuz-bogazina-herbi-gemiler-gondermek-istemir


Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etmək üçün hərbi gəmilər göndərməkdən imtina edir.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Qəzet qeyd edir ki, Londonun bölgəyə hərbi gəmilər göndərməkdən imtina etməsi Britaniya liderinin ABŞ Prezidenti Donald Trampla münasibətlərinin pisləşməsinə səbəb ola bilər.

Krallığın energetika naziri Ed Miliband hökumətin boğazın yenidən açılması üçün nə edilə biləcəyini intensiv şəkildə araşdırdığını söyləsə də, bununla bağlı qəti öhdəlik götürməkdən imtina edib.

Nəşr iddia edir ki, britaniyalı nazirlər minaaxtaran dronların göndərilməsini nəzərdən keçirirlər, lakin hazırda kritik neft marşrutunu təmizləmək üçün hər hansı hərbi gəmi göndərməyə hazır deyillər. İran tərəfi isə boğazda ona qarşı missiyaya qoşula biləcək istənilən ölkəni hədələyib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər dövlətləri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb. Böyük Britaniyadan başqa Fransa, Almaniya və Cənubi Koreyanın da ABŞ liderinin tələbini müsbət cavablandırmaqda bir o qədər də maraqlı olmadıqları qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031