qanunedalet.com.az
http://qanunedalet.com.az

Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib

25-02-2026, 19:48

nazirliyin-e-xidmetlerine-oten-ay-626-min-muraciet-edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2026-cı ilin yanvar ayında 626 min müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, ötən ay 26 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 21 milyon olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031