Hidayətin finaldakı rəqibi fransızdır
Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq.
23 yaşlı Qaba, son olaraq 2024-cü ildə Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, Hidayət finala çıxmaqla Paris-2024-də ilk medalımızı rəsmiləşdirib. O, ən azı Olimpiadanın gümüş medalını təmin edib.