Netanyahu Makronla girovların azad edilməsi planını müzakirə edib
İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla Qəzza zolağında girovların azad edilməsi ilə bağlı hazırkı planı müzakirə edib.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir girovların azad edilməsi planının təfərrüatları barədə prezidentə məlumat verib və vurğulayıb ki, bu plan İsrailə bütün müharibə məqsədlərinə, o cümlədən HƏMAS-ın məhv edilməsinə nail olmağa imkan verir”, - məlumatda deyilir.