azfakt.az
http://azfakt.az

Qobustan Bələdiyyəsi ilə DƏDRX 14 saylı Ərazi İdarəsinin saxtalaşdırdığı sənədlərə məhkəmə də göz yumur – ŞİKAYƏT

15-04-2024, 14:23 Baxılıb: 0

Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova Leyla Tərlan qızı tərəfindən Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə, sabiq Ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Məhkəmə-Hüquq Şurasına, Ombudsman Aparatına  və Kütləvi İnformasiya Vasitələrinə bir məsələ ilə bağlı artıq  neçə ildir ki, müraciətlər ünvanlayıb. Əvvəlki müraciətlərdə Xilmilli kənd sakini Leyla Osmanova Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun və  Qobustan şəhər  Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanun pozuntularının qarşısının alınmasından və ona məxsus torpaq sahəsinin geri qaytarilmasından şikayətçi idi. İndi isə 3 azyaşlı uşaq anası Leyla Osmanova Daşınmaz Əmlakın Dövlət Reyestr Publik Hüquqi şəxsin 14 saylı Ərazi idarəsi tərəfindən verilmiş saxta sənədlər əsasında Sumqayıt şəhər Məhkəməsində qurama və sifarişli məhkəmə oyunbazlığından şikayət edib.

Aktualinfo.org vətəndaş Leyla Osmanovanın müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Məlumat üçün bildirirəm ki, Qobustanın sabiq rüşvətxor İcra başçısı İsmayıl Vəliyevin 2011-ci ilin martın 7-də Qobustan Bələdiyyə sədri V.Novruzov vasitəsilə Leyla Osmanovaya ayrılmış 0.06 ha torpaq sahəsini İsmayıllı rayonun Maliyyə İdarəsinin məmuru olan Habil Gülməmmədova qanunsuz sənədlərlə satılmasından sonra günüm məhkəmələrdə keçir. 

“İddiaçı  Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş əsassız və saxta A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin  etibarsız hesab edilməsilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə verdiyimiz iddianın başa çatmasına qədər icraatınızdakı məhkəmə prosesinin təxirə salınması   ” barədə  Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə vəsatətlə müraciət etmişdir. Müraciətin bir nüsxəsi də redaksiyamıza göndərilmişdir. Vəsatətdə 27 fevral 2024-cü il tarixli ekspert rəyinə istinad edilərək bildirilir ki, iddiaçı Habil Gülməmmədov ( İsmayıllı rayon Maliyyə İdarəsinin işçisi olan . redaktordan) Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovla gizli sövdələşərək 2019-cu ildə yerli bələdiyyənin formal keçirdiyi hərrac protokolunu arxa tarixlə, yəni 2011-ci il kimi sənədləşdirərək Leyla Osmanovaya məxsus bələdiyyə torpağlından 273 kv m, qalan 273 kv m torpaq sahəsini isə dövlət yolu və xüsusi mülkiyyətçi olan Şahin Səlimovun birlikdə torpaqları hesabına 5.6 sot təşkil edərək maddi maraqları təmin edilməklə satılmışdır. Ekspert rəyində də təsdiq edilir ki, yerli bələdiyyə sədri hətta dövlət torpağı olan yol və xüsusi mülkiyyət hesab edilən Şahin Səlimovun pay torpağının bir hisəsini qanunsuz olaraq pullu və imkanlı şəxs olan İsmayıllı rayon sakini olan birisinə satmışdır. Və maraqlıdır ki, DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsi də bu saxtakarlığı bilə bilə Habil Gülməmmədova A  N- 401833 nömrəli “Torpağın plan və ölçüsü ” barədə 2019-cu ildə dövlət sənədi vermişdir. Ekspert qeyd edir ki, Hətta bu A  N- 401833 nömrəli sənədi arxivdə aşkar etmək mümkün olmamışdır. Yəni, bu mütəşəkkil dəstə qabaqcadan sövdələşərək maddi maraqların təmin olunması müqabilində belə bir saxta sənəd tərtib edib H.Gülməmmədova vermişlər. İnanırıq ki, istər DƏDRX-nın 14 saylı Şamaxı Ərazi İdarəsinin , istərsə də Qobustan Bələdiyyə sədrinin təşkil etdiyi sənəd saxtakarlığı ilə müşayət olunan cinayətlərə hazırda davam edən Sumqayıt Apellyasiya Məhkəməsində təqdim edilmiş ekspert rəyi və maddi sübutlar əsasında  hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə göndəriləcəkdir.
İddiaçı Gülməmmədov Habil Gülməmməd oğlunun bizə qarşı “Zəbt edilmiş torpaq sahəsinin boşaldlması, aparılmış qanunsuz tikintinin sökülməsi” tələbinə dair  mülki iş üzrə Qobustan Rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2 (026)-30/2023 saylı qətnaməsindən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri Sizin icraatınızdadır.
İş üzrə iddiaçı Gülməmmədov Habil Gülməmməd oğlu Qobustan şəhər Bələdiyyəsinin 2019-cu il tarixində ona arxa tarixlə, 2011-ci il tarixli – formal hərrac keçirməklə cavabdehə məxsus torpağın 273 kv m sahəsini G.Habilə qanunsuz olaraq satmışdır. Habil də öz növbəsində ona satılmış 5.46 sot torpaq sahəsinin qalan 273 kv.m sahəsini isə dövlət mülkiyyətindəki yolun bir hissəsi və bir hissəsini də Qobustan rayon sakini olan Şahin Səlimovun xüsusi mülkiyyəti olan pay torpağının bir hissəsi hesabına cəmi 546 kv.m torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyəti adı altında, arxa tarixlə, yəni 2011-ci ildə formal keçirdiyi hərrac yolu ilə rüşvət müqabilində H.G.Gülməmmədova satmışdır. ( sənədlər əlavə edilir)
Cavabdeh  Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədini torpaq sahələrinin hansı təyinata aid olduğunu araşdırmadan ( yəni, 546 kv.m sahə üçün verilmiş inzibati aktda göstərilən torpağın yarısı- 273kv m.-i bələdiyyə fondunun, qalan 273 kv m sahənin isə xüsusi və dövlət fonduna aid olan) sənədi təsdiq etmişdir.
Bizə aid olan və vətəndaş Habil Gülməmmədov tərəfindən mübahisələndirlilən 273 kv.m torpaqla bağlı hazırda Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarlı tərəfindən 31 may 2023-cü il tarixli Ekspertizanın keçirilməsi” barədə qərarına əsasən  təyin edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Publik Hüquqi şəxsin  4 saylı Abşeron Ərazi İdarəsinin 30.12.2023-cü il tarixli, 234120003621 nömrəli mütəxəssis rəyindən və ƏN-nin Mərkəzi Ekpertiza İdarəsinin eksperti Elman Aslanlının tərtib etdiyi Ekspert N- 3-16-16/2-10/62 saylı, 27 fevral 2024-cü il tarixli ekspert rəyində xüsusi olaraq qeyd edilir:
“ Məlumat üçün bildiririk ki, naturada hasara alınmış mübahisəli torpaq sahəsi ilə H.Gülməmmədova məxsus A  N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilində torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu vardlr. Belə ki, Habilin adına olan A N-401833 nömrəli sənəddə qeyd edilən koordinatlıar daxilində olan torpaq sahələrinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi ( 273 kv.m ) , bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst üstə düşür. Qeyd edilən uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Eyni zamanda bildirilir ki, H.Gülməmmədova məxsus  A N-401833 nömrəli sənədin ikinci nüxsəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir.”
 Yəni, ekspert rəyindən də sübut edilmişdir ki, DƏDRX-nın 14 saylı Ərazi idarəsi tərəfindən  Habil Gülməmmədovun adına rəsmiləşdirdiyi 2019-cu il tarixli, A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi saxtakarlıqla tərtib edildiyinə görə etibarsızdır və ləğv edilməlidir.  
Torpağa dair verilmiş A N-401833 nömrəli kadastr hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib.

Odur ki, H.G.Gülməmmədova verilmiş A  N- 401833 nömrəli kadastr sənədi hazırda qüvvədə olduğundan və onun verilməsində  şərtlər, qaydalar pozuldığu ekspertlər tərəfindən sübuta yetirildiyindən  14 saylı Ərazi idarəsi tərəfindən bu inzibati akt (sənəd) məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında ləğv edilməlidir. Buna görə də iddia ərizəsilə Sumqayıt İnzibatri Məhkəməsinə müraciət etmişik.
 Saxtalaşdırılmış bələdiyyə qərarı-protokolu və onun əsasında Habil Gülməmmədovun adına “Torpağın plan və ölçüsü” sənədini tərtib etmiş sənəd saxtakarları  barədəsində  aidyyatı üzrə hüquq-mühafizə orqanlarına məlumat verməli idi. Lakin bunu etməmişdir. Əksinə, iddiaçı H.Gülməmmədov aldığı A- N 401833 nömrəli sənəd saxta olduğuna görə çıxarış ala bilməmişdir. Yəni imtina edilmişdir. Ona görə də iddiaçı ona təqdim edilmiş saxta kadastr sənədi əsasında bizə qarşı əsassız məhkəmə davası açmışdır. Bütün yuxarıda  qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edirəm ki,
                                                      
İddiaçı  Gülməmmədov Habil Gülməmməd oğlunun adına 2019-cu ildə verilmiş əsassız və saxta A N- 401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin  etibarsız hesab edilməsilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə verdiyimiz iddianın başa çatmasına qədər icraatınızdakı məhkəmə prosesinin təxirə salınması barədə qərar qəbul edəsiniz.  

Cavabdeh Leyla Osmanova.


  

 

Aktualinfo.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930