azfakt.az
http://azfakt.az

Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Fransaya rəsmi səfəri baş tutub

20-03-2024, 17:36 Baxılıb: 0

Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Fransaya rəsmi səfəri baş tutub

Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova UNESCO-nun ofisini ziyarət edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, səfərin məqsədi UNESCO çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu təqdim etmək və ikitərəfli görüşlər keçirməkdir.

Səfər zamanı Fondun prezidenti ilə Türk ölkələrinin UNESCO yanında daimi nümayəndələri, Türk dövlətlərinin Fransadakı fövqəladə və səlahiyyətli səfirləri, UNESCO-nun Baş direktorunun prioritet Afrika və xarici əlaqələr üzrə müavini, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasının prezidenti, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini ilə görüşlər keçiriləcək.
Görüşlərdə Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə geniş təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə UNESCO arasında əməkdaşlıq, eləcə də cari və növbəti illər üçün nəzərdə tutulmuş birgə layihələrin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlət Başçılarının dəstəyi ilə TURKTIME proqramına uyğun olaraq fəaliyyətini həyata keçirmək üçün məqsədyönlü işlər aparmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930