İlin ilk ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
2024-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 401,6 mln. kVt•st olub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 229,3 mln. kVt•st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 62,2 mln. kVt•st artımla 129,4 mln. kVt•st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 mln. kVt•st artımla 42,9 mln. kVt•st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 5,8 mln. kVt•st, günəş elektrik stansiyalarında 18,2 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 mln. kVt•st elektrik enerjisi istehsal edilib.
Yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 165,7 mln. kVt•st (İES-lərdə 2 041,1 mln. kVt•st, SES-lərdə 124,6 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt•st (İES-lərdə 24,03 mln. kVt•st, SES-lərdə 3,65 mln. kVt•st, Günəş ES-də 2,74 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,74 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 201,8 mln. kVt•st təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin ixracı 116,3 mln. kVt•st, idxalı isə 19,0 mln. kVt•st olub.