Gələcəyə aparan yollarımız
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Şəki Dəmir yol sahəsinin rəisi Əlövsət Yusubov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Əlövsət müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Əlövsət müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Şəki Dəmir yol sahəsinin rəisi Əlövsət Yusubov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Əlövsət müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Əlövsət müəllimin böyük genetik irsin varisidir. Əlövsət müəllimin uğurları bir iş adamı olaraq Azərbaycan iqtisadiyyatına özünəməxsus töhfəsini vermişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Əlövsət müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Qısa arayış: Əlövsət Yusubov 1959-cu ildə Zaqatala rayonunun Lahıc kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə başa vurduqdan sonra, Bakı Dəmir yol texnikumuna daxil olub. Burada təhsilini uğurla başa vuraraq seçdiyi ixtisas üzrə əmək fəaliyyətinə başlayıb. Bu illər ərzində siravi işçidən rəis vəzifəsinə kimi yuksəlmişdir.
Əlövsət müəllim 1988-ci ildə Şəki dəmir yol sahəsində, daha sonra Şirvan Dəmir yol sahəsində baş mühəndis, Xanabad Dəmir yolunda sahə rəisi və sair vəzifələrdə çalışıb.
2010-cu ildən Şəki Dəmir yol sahəsinə rəis təyin olunub.
Kəmalə Eldarlı
Baş redaktor