Bu tarixdə keçiriləcək sınaq imtahanı iştirakçılarının NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirəcək. Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə Mərkəzdən məlumat verilib.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.