Heydər Əliyev Sarayında yeni TƏYİNAT
Heydər Əliyev Sarayına direktor müavini təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
A.Fərəczadə bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, 2023-cü il 25 noyabr tarixində İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.