Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
Trend-in xəbərinı görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
elm və təhsil naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm
və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə
Təhsili üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru.