DİN-in vəzifələri artırıldı
Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb.
Belə ki, Daxili İşlər Nazirliyi pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etmiş şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların da vəzifələri artırılıb.
Bu vəzifələr sırasına cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görmək daxil edilib.