Cabir Hüseynov : Xeyirxah və vətənpərvər insan.
Müstəqil Azərbaycanın uğurlu inkişafında dövlətə sadiq, xalqa bağlı, vəzifəsini vicdanla yerinə yetirən məmurların rolu danılmazdır. Xüsusilə də təhsil sahəsində çalışan, gecə-gündüz zəhmət çəkən və bu işə həyatını həsr edən rəhbərlərin fəaliyyəti xüsusi təqdirəlayiqdir. Bu mənada Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynovun adı hörmət və ehtiramla çəkilməyə layiqdir. O, öz fəaliyyətində həm peşəkarlığı, həm də dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənir.
Cabir Hüseynov illərdir ki, təhsil sahəsində böyük təcrübəyə malik bir şəxs olaraq, bu sahədə öz prinsipial mövqeyi və əzmkar fəaliyyəti ilə tanınır.
O, hər zaman dövlətin təhsil sahəsində siyasətini dəstəkləyir və bu siyasətin bölgədə uğurla həyata keçirilməsi üçün əlindən gələni edir.
Cabir Hüseynovun fəaliyyətində diqqətçəkən əsas cəhətlərdən biri də onun dövlətçiliyə sadiqliyidir. O, hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti dəstəklədiyini açıq şəkildə bildirir. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Qarabağın dirçəldilməsi və ölkənin dayanıqlı inkişafı üçün dövlətin yanında olmaq hər bir vicdanlı azərbaycanlının borcudur.
Bu mövqeyi təkcə sözlərlə deyil, konkret əməl və fəaliyyətində də müşahidə olunur. Onunla çalışan kollektivə də bu ruhda vətənpərvərlik aşılayır, onları dövlətə sədaqətlə xidmət etməyə ruhlandırır.
Cabir Hüseynovun fəaliyyətində vətəndaş məmnuniyyəti və ictimaiyyətlə sıx əlaqə əsas yer tutur. O, hər zaman qapılarını vətəndaşların üzünə açıq saxlayır, onların müraciətlərini diqqətlə dinləyir və mümkün olan bütün vasitələrlə həllinə çalışır. Bu, onun rəhbərlik tərzində humanizm və sosial məsuliyyət hissinin nə qədər güclü olduğunun göstəricisidir.
O, nəinki rəhbər kimi, həm də bir insan, bir ailə başçısı kimi də yüksək mənəvi keyfiyyətlərə malikdir. Əməkdaşları onu müdrik, prinsipial, eyni zamanda ədalətli və qayğıkeş bir rəhbər kimi xarakterizə edirlər.
44 günlük Vətən müharibəsi zamanı Cabir Hüseynov da öz dəstəyini göstərməkdən çəkinməmiş, şəhid və qazi ailələrinə yardım kampaniyalarında fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə idarədə çalışan əməkdaşlar birlik və həmrəylik nümayiş etdirərək sosial dəstək aksiyalarında yer almışlar.
Cabir müəllim tez-tez şəhid ailələrini və müharibə iştirakçılarını ziyarət edir, onların qayğıları ilə maraqlanır, həm maddi, həm də mənəvi baxımdan dəstək göstərir. Bu isə onun yalnız idarəçi deyil, həm də yüksək mənəviyyat sahibi bir insan olduğunu sübut edir.
Dövlətə sədaqət andı ilə yaşayan, öz missiyasını şərəflə yerinə yetirən Cabir Hüseynov kimi şəxslər Azərbaycan dövlətçiliyinin dayaqlarıdır. Belə insanlar olduğu müddətcə Azərbaycan inkişaf edəcək, güclənəcək və sabitliyini qoruyacaq.