Başçının müavini idi, I müavin oldu

Şəki Şəhər İcra Hakimiyyəti başçısına I müavin təyin olunub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov sərəncam imzalayıb.
Sənədlə I müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.
Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəkidə anadan olub. O bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: