qanunedalet.com.az
http://qanunedalet.com.az

Sultan Hacıyev keniyalı nazirlə görüşdü

Dünən, 20:21

sultan-haciyev-keniyali-nazirle-gorusdu

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın energetika və neft naziri Ceyms Opiyo Uandayi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafının dinamikasından razılıq ifadə edilib. Həmçinin Keniya-Azərbaycan əməkdaşlığının prioritetlərindən olan energetika və neft-qaz sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Nazir Ceyms Opiyo Uandayi qeyd edib ki, Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Onun sözlərinə görə, enerji resurslarının kəşfi və istismarı sahəsində Azərbaycanın əldə etdiyi zəngin təcrübənin Keniya ilə bölüşülməsi ölkəsinin enerji mənbələrinin səmərəli istifadəsinə, kadr hazırlığına, xarici investisiya imkanlarının artırılmasına mühüm töhfə ola bilər.

Səfir Sultan Hacıyev mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini vurğulayaraq, ötən il imzalanan “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində aparılan danışıqların sahə üzrə işbirliyinin intensivləşməsində xüsusi təsirli olduğunu söyləyib. Səfir qeyd edib ki, Keniya Prezidenti Bakıya səfəri zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə də görüşüb, müvafiq müzakirələr aparılıb.

İki ölkənin müvafiq qurumları arasında təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930