qanunedalet.com.az
http://qanunedalet.com.az

“Prezidentin çıxışı yalnız Azərbaycanda deyil, qlobal mediada müzakirə olundu”

12-05-2026, 18:31

prezidentin-cixisi-yalniz-azerbaycanda-deyil-qlobal-mediada-muzakire-olundu

“Azərbaycan bütün dünyada sülh modeli yaratmış dövlətdir. Cənab Prezident çıxışında qeyd etdi ki, biz regionda sülhün müəllifiyik. Bu, bütün dünya üçün nümunədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

O qeyd edib ki, Prezidentin sözügedən çıxışı yalnız Azərbaycan və regionda deyil, qlobal mediada müzakirə olundu: “Burada söz və əməl birliyindən söhbət gedir. Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir, bunun arxasında praktik əməl durur. Bu, bütün dünya liderlərinin ənənəvi sülh çağırışlarından fərqlənir. Ona görə də Azərbaycan mediası sülhün əsas təbliğatçıları olmalıdır”.

N.Məmmədli həmçinin uzun illər ATƏT-in Minsk Qrupunun bu məsələdə rolundan danışıb və bildirib ki, bu qrupun fəaliyyətsizliyi sülhü imitasiya idi.

Gülnar Əliyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930