qanunedalet.com.az
http://qanunedalet.com.az

Paşinyan Əliyevə təşəkkür etdi

4-05-2026, 20:01

pasinyan-eliyeve-tesekkur-etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitinin yekunlarına dair mətbuata bəyanatla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı tədbirdə videobağlantı formatında iştirak etdiyinə görə Prezident İlham Əliyevə və sammitə qatılan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza xüsusi minnətdarlığını bildirib:

“Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram. Bu, sülh prosesinin inkişafı və regional əməkdaşlıq kontekstində çox mühümdür”.

Paşinyan qeyd edib ki, aparılan müzakirələr qlobal çağırışlar fonunda səmimi dialoqun və praktik həllərin zəruriliyini bir daha təsdiqləyib.

O, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyinə toxunaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının əhəmiyyətini vurğulayıb:

“Davamlı sülh, münasibətlərin normallaşması və sərhədlərin açılması təkcə region üçün faydalı olmayacaq, həm də geniş Avropa məkanında və onun hüdudlarından kənarda əməkdaşlığı gücləndirəcək”.

Xatırladaq ki, İrəvanda keçirilən sayca 8-ci ASB sammitində Avropanın 50-yə yaxın lideri, o cümlədən NATO-nun Baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makron iştirak edib. Azərbaycan Prezidenti isə tədbirə onlayn formatda qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930