qanunedalet.com.az
http://qanunedalet.com.az

Paşinyan Bakıdakı paraddan danışdı

12-11-2025, 19:29

pasinyan-bakidaki-paraddan-danisdi

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib.

Onun sözlərinə görə, erməni ictimaiyyətində bir qrup parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:

“Bəli, Azərbaycanda keçirilən hərbi paraddan sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir”.

Baş nazir əlavə edib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728