qanunedalet.com.az
http://qanunedalet.com.az

Ermənistan parlamenti Azərbaycanla sülhə dair bəyanat qəbul etdi

2-10-2025, 18:46

ermenistan-parlamenti-azerbaycanla-sulhe-dair-beyanat-qebul-etdi

Ermənistan parlamenti bu gün növbədənkənar iclas keçirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iclas zamanı “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat qəbul edilib.

Ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən təqdim edilən bəyanatın lehinə 64 deputat səs verib. İki nəfər isə bitərəf qalıb. Ermənistanın müxalif partiyaları isə müzakirədə iştirak etməyib. 

Sənəddə bildirilir ki, parlament Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ prezidenti ilə görüşü zamanı imzalanan birgə bəyanata, eləcə də orada sülh sazişinin paraflanmasına və Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasına öz dəstəyini ifadə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031