qanunedalet.com.az
http://qanunedalet.com.az

İtaliyada görüşə bilərlər

8-08-2025, 19:05

italiyada-goruse-bilerler

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş avqustun 11-də İtaliyanın paytaxtı Romada baş tuta bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında yaxın günlərdə görüş keçirilməsi barədə razılıq əldə olunduğunu bildirmişdi.

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən D.Trampın rusiyalı həmkarı ilə gələn həftə görüşmək istədiyi barədə məlumat yaymışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728