qanunedalet.com.az
http://qanunedalet.com.az

BQXK Azərbaycanda fəaliyyətini dayandırır

17-06-2025, 21:54

bqxk-azerbaycanda-fealiyyetini-dayandirir

BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyəti dayandırır.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd olunub.

Məlumat üçün bildirək ki, 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq, yalnız kosmetik fəaliyyət imitasiyası müşahidə edilib.

Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina etdi.

İndiki durumda isə BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031