qanunedalet.com.az
http://qanunedalet.com.az

Gürcüstan parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi

9-10-2023, 18:34

Gürcüstan parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031